ÜST-ün keyfiyyətsiz hesab etdiyi siroplar Azərbaycanda qeydiyyatdan keçməyib

ÜST-ün keyfiyyətsiz hesab etdiyi siroplar Azərbaycanda qeydiyyatdan keçməyib
# 06 oktyabr 2022 15:56 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünya ölkələrinin əczaçılıq sahəsinin milli tənzimləyici qurumlarına Hindistanın Maiden Pharmaceuticals şirkəti tərəfindən istehsal olunan 4 öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq göndərilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən xəbər verilib. Bildirilib ki, oktyabrın 6-da göndərilən xəbardarlığa əsasən, Promethazine Oral Solution BP, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup, Magrip N Cold Syrup adlı öskürəyə və soyuqdəyməyə qarşı şərbətlər keyfiyyətsizdir (qeyri-standart).

Qeyri-standart (substandart) dərmanlar öz keyfiyyətinə, standartlarına və spesifikasiyasına uyğun gəlməyən dərmanlardır.

Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin qeydiyyat bazasına əsasən sözügedən dərmanlar Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR