ÜST-ün Ölkə Ofisi Azərbaycanda Səhiyyə Hesabları Sistemi üzrə İşçi Qrupu yaradıb

ÜST-ün Ölkə Ofisi Azərbaycanda Səhiyyə Hesabları Sistemi üzrə İşçi Qrupu yaradıb
# 17 mart 2023 21:11 (UTC +04:00)

Səhiyyə Hesabları Sisteminin (SHS) tətbiq edilməsində ölkələrə texniki dəstəyin göstərilməsi ÜST-ün prioritetlərindən biridir. Səhiyyə xərclərinin izlənməsində qlobal lider kimi ÜST ölkə kontekstinin öyrənilməsi, ilkin qiymətləndirmələrin aparılması, yerli potensialın yaradılması və SHS prosesinin davamlılığının təmin olunması üçün Azərbaycana texniki dəstək göstərməyə davam edir.

APA-nın xəbərinə görə, bu, ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda öz əksini tapıb. Bildirilib ki, dəstək çərçivəsində, ÜST-ün Ölkə Ofisi tərəfindən Azərbaycanda Səhiyyə Hesabları Sistemi üzrə İşçi Qrupu yaradılıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Statistika Komitəsi təmsil olunduğu İşçi Qrupunun nümayəndələrinin və ÜST-nin Səhiyyə Sisteminin maliyyələşdirilməsi üzrə Barselona Ofisinin ekspertlərinin iştirakı ilə martın 16-da onlayn görüş baş tutub.

Görüş iştirakçıları səhiyyə xərclərinin izlənilməsi, məlumatların və beynəlxalq müqayisələrin təmin edilməsinə dəstək göstərən SHS aləti haqqında məlumatlandırılıb, SHS-nin Azərbaycanda tətbiqi imkanları və mart ayının sonu Bakıda baş tutacaq seminarın mövzuları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR