Üzərində mobil telefon aşkarlanan 3 nəfər imtahandan xaric olunub

Üzərində mobil telefon aşkarlanan 3 nəfər imtahandan xaric olunub
# 07 iyul 2022 13:42 (UTC +04:00)

İyulun 7-də DİM tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR