V qrup üçün ixtisas seçimi ilə əlaqədar kitabça təqdim olunub

V qrup üçün ixtisas seçimi ilə əlaqədar kitabça təqdim olunub
# 19 avqust 2022 09:20 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı elekton kitabça hazırlayıb.

DİM-dən APA-ya verilın xəbərə görə, kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərinin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

Təqdim olunan material xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas seçimi etmək istəyən abituriyentləri düzgün istiqamətləndirməyə kömək edir.

Kitabçanın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR