V qrupda qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin sayı açıqlanıb

V qrupda qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin sayı açıqlanıb
# 16 avqust 2022 16:10 (UTC +04:00)

"V ixtisas qrupunda qabiliyyət tələb edən ixtisaslar üzrə 3924 plan yer ayrılıb. Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlərin sayı isə 8921 nəfərdir".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, komissiyalar üzrə müsabiqə vəziyyəti fərqlidir:

“Qabiliyyət tələb edən ixtisaslarda 7 istiqamət var. 14-cü komisiyanın dizayn ixtisası üzrə 335 plan yeri ayrılıb. 677 abituriyent isə qabiliyyət imtahanından məqbul qiymət alıb. 61-ci komissiyanın (Bakı) məşqçilik ixtisası üzrə 1275 plan yeri ayrılıb. 2431 abituriyent qabiliyyət imtahanından məqbul qiymət alıb. Təsviri sənət üzrə 937 yer verilibsə, məqbul alıb müsabiqədə iştirak edənlərin sayı 1829 nəfərdir. Bu, o deməkdir ki, hər bir yer uğrunda 2 nəfər mübarizə aparır. Keçən il isə 2200 nəfər məqbul almışdı. Musiqi sənəti üzrə 667 yer var. Keçən il 960 nəfər məqbul almışdısa, bu il isə 825 nəfər məqbul alıb. Bu ixtisasda ötən illə müqayisədə müsabiqə vəziyyəti aşağı düşəcək. Memarlıqda 155 yerə 248 namizəd iddiaçıdır. Keçən il 140 yerə 166 nəfər iddiaçı idi. Burada bal arta bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR