Valideynlərini itirmiş 1129 tələbənin təhsil haqqı ödənilib

Valideynlərini itirmiş 1129 tələbənin təhsil haqqı ödənilib
# 25 may 2022 11:37 (UTC +04:00)

Təhsil sisteminin gücləndirilməsi üçün ödənişli əsaslarla təhsil alması nəzərdə tutulan məcburi köçkün tələbələrin təhsil haqqı qarşılanıb.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, ötən il valideynlərini itirmiş 1129 tələbənin təhsil haqqı ödənilib, 1 və 2-ci dərəcəli əlilliyi olan gənclərin təhsil haqlarını ödənilməsinə vəsait cəlb olunub: “Bu məqsədlər üçün cəmi 36 milyon manat vəsait sərf edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR