Vətən müharibəsi qazilərinin Nabranda istirahəti təşkil edilib - FOTO - VİDEO

Vətən müharibəsi qazilərinin Nabranda istirahəti təşkil edilib  - FOTO  - VİDEO
# 22 iyun 2022 11:57 (UTC +04:00)

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 44 nəfər Vətən müharibəsi qazisinin Xaçmaz rayonunun Nabran qəsəbəsində istirahəti təşkil edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, istirahət proqramı 6 gün davam edəcək. FHN işçilərinin Həmkarlar İttifaqının və əlaqədar qurumların rəhbərləri, Vətən müharibəsi qaziləri ilə birlikdə Xaçmaz şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində qazanılan parlaq qələbədən danışıb. Mehman İsmayılov Vətən müharibəsi dövründə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyətinə toxunaraq vurğulayıb ki, FHN-in strukturları Ali Baş Komandanın əmrini şərəflə icra etməklə qələbənin qazanılmasına öz töhfələrini veriblər.

Sonra Xaçmaz Şəhidlər Xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən oğullarının xatirəsi ehtiramla anılıb. Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Vətən müharibəsi qaziləri Nabrandakı istirahət mərkəzinə yola düşüblər.

Vətən müharibəsi qazilərinin və veteranlarının günlük istirahətlərini səmərəli keçirmələri üçün minifutbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və digər oyunların təşkili planlaşdırılıb. Həmçinin onların FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR