Vəzifələrini yerinə yetirməyən mərc oyunlarının operatorları cərimələnəcək 

Vəzifələrini yerinə yetirməyən mərc oyunlarının operatorları cərimələnəcək 
# 27 dekabr 2021 13:30 (UTC +04:00)

İdman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanun ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə cərimə müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
İdman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanun ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR