Vüqar İskəndərov: Azərbaycanda sosial inkişaf istiqamətində mühüm uğurlar əldə edilib

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 13 yanvar 2023 17:42 (UTC +04:00)

“Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, dövlət başçısının imzaladığı fərman və sərəncamlar nəticəsində Azərbaycanda iqtisadi və sosial inkişaf istiqamətində mühüm uğurlar əldə edilib. Bu uğurlar isə bizə həm mümkün qlobal problemlərin təsirlərini yüngülləşdirmək, həm də əhalinin sosial rifah halının daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atmaq üçün kömək edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, hər zaman insanların sosial rifah halının gücləndirilməsini prioritet vəzifə hesab edən dövlət başçısı bu istiqamətdə mühüm addımlar atır: “Dünyanın üzləşdiyi qlobal inflyasiyasının Azərbaycana iqtisadiyyatına da təsir etdiyi kimsəyə sirr deyil. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası olduğu üçün hazırda hər yerdə müşahidə olunan mənfi təsirə məruz qalıb. Bununla belə, hazırkı vəziyyət xalqımız üçün sosial layihələrlə, proqramlarla yüngülləşdirilir. Dövlət başçısının yerli televiziyalara müsahibəsi zamanı bəyan etdiyi kimi, minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılacaq və bu proses davam etdiriləcək”.

Vüqar İskəndərovun sözlərinə görə, Prezident İlham Əliyevin yanvarın 13-də imzaladığı fərman və sərəncamlar bu siyasətin davamlı olduğunu bir daha təsdiqlədi: “Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır. Təkcə bir faktı demək istəyirəm ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Bu fakt Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin vətəndaşların sosial rifah halının gücləndirilməsi, o cümlədən yuxarıda sadalana kateqoriyadan olanların daim diqqətdə saxlanmasını bir nömrəli vəzifə kimi öndə tutduğunun növbəti bariz nümunəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR