Vüqar İskəndərov: “Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi diqqət mərkəzindədir”

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 23 dekabr 2021 20:00 (UTC +04:00)

“Sosial dövlət olan Azərbaycanda atılan davamlı addımlar zamanı şəhid ailələri, müharibə əlilləri, o cümlədən Vətən müharibəsi iştirakçıları daim ön sırada tutulur”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
V. İsgəndərov deyib ki, Prezident İlham Əliyevin dekabrın 23-də imzaladığı növbəti Fərman bunu bir daha təsdiqləyir: “Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi dədiqqət mərkəzindədir. Prezident İlham Əliyevin yeni Fərmanı Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğısının daha bir təzahürüdür. Bu Fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə ilə təmin olunacaq. I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat və III dərəcə əlilliyə görə 4 400 manat birdəfəlik müavinət müəyyənləşib. Onu da deyim ki, Fərmana əsasən sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına ödənişlər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək”.
Deputat qeyd edib ki, Fərmanla birdəfəlik ödəmələrin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb: “Birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək. Onu da xatırlatmaq yerinə düşər ki, bundan əvvəl Prezident İlham Əliyevin müvafiq fərmanları ilə 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramını icra edib. 12,3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunub”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR