Xaçmazda fövqəladə hallarla bağlı müşavirə keçirilib - FOTO

Xaçmazda fövqəladə hallarla bağlı müşavirə keçirilib - FOTO
# 22 sentyabr 2022 14:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işinin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Fövqəladə hallar sahəsində mövcud problemlər, çatışmazlıqlar və onların həlli istiqamətində birgə fəaliyyətin səmərəliliyinin artırılması” mövzusunda seminar-müşavirə keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Şahin Mirzəyev fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu rayon ərazisində fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.

Seminar-müşavirədə çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb və müvafiq təkliflər veriblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavabladırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR