Xaçmazda konserv zavodunda yanğın-taktiki təlim keçirilib - FOTO

Xaçmazda konserv zavodunda yanğın-taktiki təlim keçirilib - FOTO
# 23 sentyabr 2022 14:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılğı və Şimal Regional Mərkəzinin iştirakı ilə Xaçmaz rayonunda yerləşən “Qafqaz konserv zavodu” MMC-də yanğın-taktiki təlim keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd sənaye müəssisələrində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidməti Quba və Xaçmaz rayon Yanğından Mühafizə hissələrinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Təlim planına uyğun olaraq, zavodun inzibati binasında şərti baş vermiş yanğın zamanı “hadisə yerinə” operativ çatan yanğın-xilasetmə qüvvələri tərəfindən yuxarı mərtəbələrdə “köməksiz vəziyyətdə qalmış” insanlar təxliyə edilərək onlara “ilkin tibbi yardım” göstərilib və “yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR