Xankəndi-Laçın yolunda RSK-ya məxsus 67 avtomobil manesiz keçib - FOTO - VİDEO - YENİLƏNİB-4

Xankəndi-Laçın yolunda RSK-ya məxsus 67 avtomobil manesiz keçib  - FOTO  - VİDEO  - YENİLƏNİB-4
# 20 mart 2023 16:10 (UTC +04:00)

RSK-ya məxsus daha bir maşın karvanı aksiya keçirilən Laçın- Xankəndi yolundan maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn 27 maşından ibarət karvan Xankəndiyə gedib. Bununla da səhər saatlarından indiyədək ümumilikdə RSK-ya məxsus 67 avtomobilin maneəsiz keçidi reallaşıb.

***

14:36

Laçın-Xankəndi yolunda Xankəndindən gələn RSK-ya məxsus 1 minik, 3 yük avtomobili aksiya keçirilən yoldan maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, avtomobillər Laçın istiqamətinə gedib.

***

11:12

Laçın-Xankəndi yolundan RSK-ya məxsus daha bir maşın karvanı maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndi istiqamətindən gələn karvan 28 maşından ibarət olub.

Maşınlar Laçın istiqamətinə gedib.

09:00

**

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK- ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Laçın istiqamətindən gələn iki yük avtomobili aksiya keçirilən ərazidən maneəsiz keçərək Xankəndiyə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR