Xaricdə doktorantura təhsili ilə bağlı ikinci sənəd qəbulunun vaxtı açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 01 iyun 2022 11:39 (UTC +04:00)

İyulda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna başlanılacaq.

Bu barədə APA-ya Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Proqrama müraciət tarixləri iyul-sentyabr aylarını əhatə edəcək.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ilə keçiddən tanış ola mümkündür.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR