Xaricdə doktorantura təhsili üçün müraciət vaxtı açıqlanıb

Xaricdə doktorantura təhsili üçün müraciət vaxtı açıqlanıb
# 24 yanvar 2023 11:02 (UTC +04:00)

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı açıqlanıb.

APA xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edib.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı elana dair ətraflı məlumat müvafiq keçidlərdən əldə oluna bilər.

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR