Xaricdə məhkumluğun Azərbaycanda cəza təyinində nəzərə alınması qaydası müəyyənləşir

Xaricdə məhkumluğun Azərbaycanda cəza təyinində nəzərə alınması qaydası müəyyənləşir
# 22 sentyabr 2022 11:21 (UTC +04:00)

Cinayət Məcəlləsində qanunla müəyyən edilmiş qaydada tanınmış xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluğun cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınması qaydası müəyyən edilir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının 11-ci (əvvəlki qərarlar) maddəsinin icrası məqsədi ilə hazırlanıb. Konvensiyanın 11-ci maddəsinə əsasən, hər bir tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinə münasibətdə fiziki və ya hüquqi şəxsə qarşı Konvensiyanın digər tərəfində qəbul edilmiş yekun qərarların cəza təyin edərkən nəzərə alınmasını mümkün edən qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

Eyni zamanda bu layihədə əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yeni cinayətə görə cinayət-hüquqi tədbir təyin olunmasının mexanizmlərinin Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR