Xarici jurnalistlər Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanının keçməsini izləyib - VİDEO - YENİLƏNİB

Xarici jurnalistlər Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanının keçməsini izləyib - VİDEO  - YENİLƏNİB
# 13 yanvar 2023 14:06 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 10 avtomobildən ibarət karvan Laçından Xankəndiyə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

RSK-nə məxsus təminat maşınlarının yoldan maneəsiz keçidini aksiya keçirilən ərazidə olan xarici KİV nümayəndələri də müşahidə ediblər.

Qeyd edək ki, Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İtaliya, Macarıstandan olan KİV nümayəndələri bu gün aksiya keçirilən əraziyə gəliblər.

***

10.10

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 4 yük maşınından ibarət karvan Xankəndidən Laçına keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR