Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izləyiblər - FOTO

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izləyiblər - FOTO
# 04 fevral 2023 16:54 (UTC +04:00)

Azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar bu gün Füzuli rayonunda aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar.

APA-nın xəbərinə görə, 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Füzuli rayonunun işğaldan azad olunan İşıqlı kəndində olublar. Onlara burada aparılan mina və partlamamış sursatlardan təmizlənmə əməliyyatları barədə məlumat verilib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin bu gün Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Səyyahlar Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada olublar.

Onlar həmçinin Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə gediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR