Xarici səyyahlar Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar - FOTO - VİDEO

Xarici səyyahlar Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar - FOTO  - VİDEO
# 04 fevral 2023 12:21 (UTC +04:00)

Şuşaya səfər edən 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

APA-nın xəbərinə görə, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətə aksiyanın keçirilmə səbəbləri barədə məlumat verilib.

Onlar eko-fəalların səslındirdiyi şüarları dinləyiblər.

Qeyd edək ki, xarici səyyahlar bu gün səhər Füzuli rayonuna səfər edib, Füzuli Beynəlxalq Hava Limanında olublar.

Daha sonra səyyahlar işğaldan azad olunmuş Xocavənd rayonuna gəlib, tarixi Azıx mağarası ilə tanış olublar.

Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiya artıq 55 gündür davam etdirir.

Aksiya ötən il dekabrın 12-dən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR