Xəstəxanalarda yanğın təhlükəsizliyinə dair təlimlər keçirilib - FOTO

Xəstəxanalarda yanğın təhlükəsizliyinə dair təlimlər keçirilib - FOTO
# 13 iyul 2022 11:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Şəmkir və Şamaxı rayon Mərkəzi xəstəxanalarında yanğın təhlükəsizliyinə dair “şərti yanğın” təlimləri keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, Şəmkir və Şamaxı rayon Yanğından Mühafizə hissələrinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimlərin keçirilməsində əsas məqsəd xəstəxana kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Təlimlərdə “şərti yanğın” zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğınsöndürənlər təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çataraq, “yanğınla mübarizə tədbirləri həyata keçiriblər”.

Sonra xəstəxanaların kollektivinə yanğınlar zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimlər uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR