Xəzərdə kompleks ekoloji monitorinqlər davam edir - FOTO

Xəzərdə kompleks ekoloji monitorinqlər davam edir - FOTO
# 29 iyul 2022 17:21 (UTC +04:00)

Xəzər dənizində kompleks ekoloji monitorinqlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirliyin bundan başqa Zoologiya və Fiziologiya İnstitutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə kompleks ekoloji monitorinqlər davam etdirilir, sudan və dib çöküntülərindən götürülən nümunələr üzərində fiziki-kimyəvi və bioloji təhlillər aparılır.

Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, 25 iyul tarixindən monitorinqlərə başlayan ekspedisiya qrupu bu günədək Müqtədir, Quba dili, Siyəzən burnu və Giləzi məntəqələrində 20 stansiya üzrə su, dib çöküntüləri, zooplankton və bentos nümunələri üzərində tədqiqat işləri aparıb, balıq ehtiyatlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar həyata keçirib: “Növbəti günlərdə ekspedisiya qrupu tərəfindən Xəzər dənizinin cənub akvatoriyasında yerləşən Şahağacı, Lənkəran, Kür dili, Cənub-şərqi Qolduk və Şimal-şərqi Qolduk məntəqələrində tədqiqatlar aparılacaq”.

N.Mahmudovun sözlərinə görə, ekspedisiya avqustun 3-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR