Xəzərə yeni bioloji ehtiyat növünün gəlişi aşkar edilib

Xəzərə yeni bioloji ehtiyat növünün gəlişi aşkar edilib
# 20 may 2022 16:57 (UTC +04:00)

“2020-ci ildən etibarən “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi əsaslı təmirdən çıxdıqdan sonra ilk dəfə açıq dənizdə ekspedisiyalara başladıq”.

APA xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov canlı yayımda deyib.

O bildirib ki, keçirilən ekspedisiyalardan biri bioloji resursların tədqiq olunmasına həsr edilib:

“Şimaldan cənuba qədər Xəzər dənizinin Azərbaycana aid hissəsində 11 kəsim üzrə bioloji resursların tədqiq olunması üçün ekspedisiya aparııb. Bu artıq davamlı şəkildə aparılır. Xəzər dənizinin bioloji ehtiyatlarının öyrənməyə çalışırıq. Dənizdə baş verə biləcək dəyişikliklərin bioloji ehtiyatlara təsirini qiymətləndiririk. Ekspedisiyalar zamanı bioloji ehtiyatların yeni bir növünün Xəzər dənizinə gəlişini aşkar etdik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR