Xəzərin çirklənməsinin qarşısını almaq üçün kollektorlar inşa edilib

Xəzərin çirklənməsinin qarşısını almaq üçün kollektorlar inşa edilib
# 10 iyun 2022 16:17 (UTC +04:00)

Xəzər dənizin çirklənməsinin qarşısını almaq üçün Novxanı-Sumqayıt-Corat istiqamətində 15 km-ə qədər kollektor inşa edilib.

APA xəbər verir ki, bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmçinin Bulvar istiqamətində də (Bayıldan Lökbatana qədər) kollektor inşa edilib:

“Eyni zamanda, Şabran-Siyəzən ərazisində də təmizləyici qurğular inşa edilib və Xəzər dənizinə çirkli suların axıdılmasının qarşısı alınır”.

Şöbə rəisi qeyd edib ki, bu yöndə işlər davam edir: “Salyan-Neftçala ərazisində də bu yaxınlarda bu yöndə işlər başlanılacaq”.

Xalid Abbasov deyib ki, Azərbaycanda hazırda istismarda olan 23 tullantı su təmizləyici qurğu var:

"Bu qurğulardan 4-ü Abşeron ərazisində yerləşir. 19 ədədi isə regionlardadır. Masallıda inşa edilən su təmizləyici qurğu da bu yaxınlarda istifadəyə veriləcək. Hazırda Xızıda, Xaçmazda və Lənkəranda da kollektorlar inşa edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR