XİN-ə qəbul olmaq istəyənlər üçün keçirilən sınaq imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 28 dekabr 2021 11:15 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DIM) dekabrın 26-da Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 10:25-dən etibarən elan edib.

DİM-dən APA-ya verilən məlumata görə, hər bir iştirakçı qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edilib ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 199 nəfərdən 14 nəfər imtahana gəlməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR