Xızıda hərbi sursat aşkarlanıb - VİDEO

Xızıda aşkarlanan hərbi sursat

© APA | Xızıda aşkarlanan hərbi sursat

# 06 noyabr 2022 13:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 7 ədəd 100mm-lik tank mərmisi, 3 ədəd 120 mm-lik top mərmisi, 2 ədəd TAB-50 aviabomba, 1 ədəd TAB-7 aviabomba, 21 ədəd 82 mm-lik tank mərmisi, 5 ədəd 76mm-lik top mərmisi, 10 ədəd 100 mm-lik top mərmisi, 3 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik qumbaraatan mərmisi, 1 ədəd Qrad mərmisi (2 motorlu), 3 ədəd F-1 əl qumbarası, 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 1 ədəd əleyhiqaz kömürü olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

© APA | Xızıda hərbi sursat aşkarlanıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR