Xüsusi qabiliyyət imtahanlarının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 24 iyun 2022 14:31 (UTC +04:00)

Təsviri sənət istiqamətinin Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyaları üzrə imtahan nəticələrindən apellyasiyaya müraciət etmək istəyən abituriyentlər 29 iyun – 1 iyul tarixlərində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Bu barədə APA-ya DİM-dən xəbər verilib.

Bildirilib ki, apellyasiya günləri 1 iyul tarixindən sonra məlum olacaq və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək.

Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı iş günündə imtahan keçirilən binada təşkil edilir.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər imtahan verdikləri gün müraciətlərini təqdim etməlidirlər.

Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə imtahan nəticələrindən Apellyasiya komissiyalarına imtahan növbəsi (səhər və axşam növbələri olur) bitdikdən sonra müraciət etmək mümkündür.

Qeyd edilib ki, istiqamətlər üzrə yalnız yuxarıda göstərilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR