Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO

Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO
# 07 iyun 2022 15:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda maarifləndirilmə tədbirlərini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, bu çərçivədə, Xidmət tərəfindən Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən İqtisadiyyat Universitetində, Suraxanı rayon E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbində, Binəqədi rayon V.Əzizov adına 30 nömrəli tam orta məktəbində, Səbail rayonu 53 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbində, habelə Ağsu Tədris mərkəzində, Şəki şəhər 6 nömrəli tam orta məktəbində, Oğuz rayon Türyançay Dövlət Təbiət Qoruğunda, Şamaxı şəhərində yerləşən Şahmat məktəbində və Müalicə Diaqnostika Mərkəzində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR