Yanğından mühafizə hissə və bölmələrində baxış tədbirləri keçirilib

Yanğından mühafizə hissə və bölmələrində baxış tədbirləri keçirilib
# 01 avqust 2022 15:46 (UTC +04:00)

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki, Qobustan, Balakən, Zaqatala, Qax, Oguz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı şəhər və rayonlarının yanğından mühafizə hissə və bölmələrində baxış tədbirləri həyata keçirilib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib. Məlumata görə, baxış zamanı hissə və bölmələrdə fəaliyyətin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığının vəziyyəti, nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, xidmətin təşkili, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji vəziyyət, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr diqqət mərkəzində olub.

Baxış zamanı zərurət yarandığı hallarda əməli köməklik göstərilib, həmçinin aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR