Yanvar ayı üzrə bütün müavinət, təqaüd və yardımlar ödənilib

Yanvar ayı üzrə bütün müavinət, təqaüd və yardımlar ödənilib
# 28 yanvar 2022 21:12 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün yanvar ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənilib.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, yanvar ayına dair bütün sosial ödənişlər yekunlaşdırılıb.

Qeyd edək ki, yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, yanvarın 14-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyaların ödənişi başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR