Yanvar-martda pensiya və müavinət alanların sayı açıqlanıb

Yanvar-martda pensiya və müavinət alanların sayı açıqlanıb
# 17 may 2022 17:18 (UTC +04:00)

2022-ci ilin aprelin 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 119,2 min nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə - 153,6 min nəfər, ailə başçısını itirməyə görə - 55,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 54,8 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,7 min nəfər olub.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 201 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 6,7 min ailəsinə 10,6 min uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 1165 nəfər bir yaşınadək uşağı olan 1136 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,4 min qadına 9,7 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 313 şəxsə isə kompensasiya verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR