Gələn il yanvarın 1-dən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Beləliklə, sığortalı tərəfindən dövlət icbari şəxsi sığorta haqqında qanunvericiliyin pozulmasına, yəni üzrlü səbəbləri olmadan sığortaolunanı dövlət icbari şəxsi sığorta edilməməsinə və qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət icbari şəxsi sığorta haqqını sığortaçıya ödəməməsinə, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığorta olunanlar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada sığortaçıya hesabat verilməməsinə görə vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Sığortaçı tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxsə üzrlü səbəblər olmadan qanunla müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişinin verilməməsinə görə vəzifəli şəxslər 100 manat məbləğində cərimə ediləcək.
Yanvarın 1-dən Azərbaycanda sığorta ödənişinin verilməməsinə görə cərimə müəyyənləşir
29 dekabr 2021 19:42 (UTC +04:00)
Sosial
Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib
16:50
19 aprel 2024
Türkiyə ilə əməyin təhlükəsizliyi və gigiyenası sahəsində təcrübə mübadiləsi aparılır
16:19
19 aprel 2024
Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib
16:17
19 aprel 2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:31
19 aprel 2024