YAP Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib

YAP Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib
# 09 fevral 2023 16:25 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib.

YAP-dan APA-ya verilən xəbərə görə, YAP-ın Sədri İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərər çəkmiş şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR