Yaqut Qarayeva: "Donuz qripi” həmişə olub, xüsusi xəstəxananın ayrılmasına ehtiyac yoxdur"

Yaqut Qarayeva: "Donuz qripi” həmişə olub, xüsusi xəstəxananın ayrılmasına ehtiyac yoxdur"
# 30 dekabr 2022 19:35 (UTC +04:00)

"Donuz qripi” mövsümü influenza (qrip) xəstəliyinin bir növü olduğu üçün buna görə xüsusi xəstəxananın ayrılmasına ehtiyac yoxdur".

Bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB-in tabeliyində olan bütün xəstəxanaların müvafiq şöbələrində həmin xəstələrin istər ambulator, istərsə də stasionar müalicəsi aparılır.

"Bu qrip ilk dəfə deyil. Həmişə olub. Bu baxımdan ayrıca xəstəxana ayrılmasına ehtiyac yoxdur" - deyə Yaqut Qarayeva bildirib.

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən Rusiya və Ermənistanda da donuz qripi virusu yayılıb. Səhiyyə Nazirliyindən isə bildirilib ki, Azərbaycanda bu virus hələ aşkarlanmayıb. Hazırda ölkədə yayılan mövsümi qrip və kəskin respirator virusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR