Yasamalda qanunsuz hasarlar sökülüb - FOTO

Yasamalda qanunsuz hasarlar sökülüb - FOTO
# 07 sentyabr 2022 13:20 (UTC +04:00)

Ötən gün sosial şəbəkələrdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsində ağacların dibinin daş piltələrlə örtülməsi barədə məlumatlar yayılıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən APA-ya verilən xəbərə görə, bununla əlaqədar dərhal Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları həmin yerdə olub, ağacların dibini açıb, aqrotexniki qulluq göstəriblər və həmin ərazi nəzarətə götürülüb.

Ötən gün Bakıda güclü külək nəticəsində Axundov bağı ilə üzbəüz, 2 saylı poliklinikanın qarşısında əkilən qovaq ağacı küləyə dözməyərək sınıb.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Səbail rayon sahəsinin əməkdaşları tərəfindən sınmış ağac çıxarılaraq yoldan təmizlənib. Bu gün həmin ağacın yerinə yeni çinar ağacı əkilib, ona aqrotexniki qulluq göstərilib.

Dünən isə Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsi, 98 ünvanının yaxınlığında yerləşən binaların həyətində və yaxınlığında vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilən ərazilərdəki hasarlar Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən sökülüb. Bu gün də həmin ünvanda sökülən ərazilərdəki məişət tullantıları və digər zibillər təmizlənir, ərazidə təmizlik işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR