"YAŞAT"ın fəaliyyəti üzrə xərclənən məbləğ açıqlanıb

Elvin Hüseynov

© APA | Elvin Hüseynov

# 24 iyun 2022 11:24 (UTC +04:00)

23 iyun tarixinədək "YAŞAT" Fondu tərəfindən şəhid ailələri və qazilərə 63 milyon manat vəsait xərclənib.

APA xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 848-dır.

Fondun fəaliyyət istiqamətləri üzrə 61 114 757.86 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 12 666 677.93 AZN təşkil edir.

Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 36 892 200.00 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 546 346.40 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üçün 6 336 540.51 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün isə 17 339 670.95 AZN xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR