"YAŞAT"ın kredit və borc öhdəlikləri üzrə xərclədiyi vəsaitin həcmi açıqlanıb

Elvin Hüseynov

© APA | Elvin Hüseynov

# 24 iyun 2022 11:48 (UTC +04:00)

"YAŞAT" Fondu tərəfindən şəhid, itkin ailə üzvlərinin və yaralıların kredit və borc öhdəlikləri üzrə yönəldilmiş vəsaitin həcmi açıqlanıb.

APA xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 832, itkin ailə üzvlərinin 3 və yaralıların 1 166 müraciəti olmaqla, ümumilikdə 2 001 müraciət təmin edilib.

"Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb" - deyə Fond rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR