İstehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

İstehsal tarixi 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək
# 29 mart 2023 19:58 (UTC +04:00)

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR