Yaşı 65-ə qədər olan müəllimlər sertifikatlaşdırmadan keçə bilər

Yaşı 65-ə qədər olan müəllimlər sertifikatlaşdırmadan keçə bilər
# 12 may 2022 12:42 (UTC +04:00)

"Yaşı 65-ə qədər olan bütün müəllimlər sertifikatlaşdırmadan keçə bilər".

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, çalışmanın son yaş həddinə çatdıqdan sonra fəaliyyəti davam edəcək müəllimlər də bu prosesə qoşula bilər.

Eşqi Bağırov eyni zamanda, qeyd edib ki, əmək haqqı islahatları nəzərdə tutulduğu təqdirdə, sertifikatlaşdırma nəticələri əsas götürülə bilər.

Şöbə müdiri əlavə edib ki, növbəti illərdə sertifikatlaşdırılmada iştirak edən müəllimlərin balı yerdəyişmə müsabiqəsində də nəzərə alınacaq: “Həmçinin, proses tam yekunlaşandan sonra təhsili idarəetmə orqanlarına dərs bölgüsü zamanı bunun nəzərə alınması istiqamətində müvafiq tapşırıqlar veriləcək".

Eşqi Bağırov deyib ki, müəllimlərin işə qəbulu hər bir halda müsabiqə yolu ilədir. Amma əmək stajı 10 ildən çox olan, 3 ildən az müddətdə işdən ayrılmış şəxslərin işə qəbul prosesi bir az fərqli formada həyata keçirilir:

“Əvvəlki qiymətləndirmələrdə iştirak edib bal toplayıblarsa – bu istər diaqnostik qiymətləndirmə, istər sertifikatlaşdırma prosesi olsun - onların işə qəbul mərhələsinin vakansiya seçimində iştirak edə bilərlər”.

Şöbə müdiri Naxçıvanda sertifikayasadan keçən müəllimlərin nəticəsinin Təhsil nazirliyi tərəfindən qəbul edilib-edilməyəcəyi məsələsinə də aydınlıq gətirib:

“Naxçıvanda sertifikasiyadan keçən müəllimlər təsdiqedici sənədi təqdim etdikdə bizim tərəfimizdən də tanınacaq və qəbul ediləcək. Sertifikatlaşdırmadan keçən şəxslərə hansısa formada tətbiq olunan tədbirlər həmin müəllimlərə də tətbiq ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR