Yaxınları Qənirə Paşayevanın vəziyyətinin ağır-stabil olaraq qaldığını bildirib

Yaxınları Qənirə Paşayevanın vəziyyətinin ağır-stabil olaraq qaldığını bildirib
# 25 sentyabr 2023 15:38 (UTC +04:00)

Deputat Qənirə Paşayevanın vəziyyəti açıqlanıb.

Əmisi Qəzənfər Paşayev APA-ya açıqlamasında deyib ki, yayılan xəbərlər (ölümlə bağlı) yalandır, Qənirə Paşayeva hazırda aparata qoşuludur.

O bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır: “Ayrı bir şey də yoxdur. Deyilən xəbərlər yalandır”.

Qardaşı Hüseyn Paşayev də APA-ya deyib ki, bacısının vəziyyəti ağır-stabildir: “Hazırda buradayıq. Yeni heç nə yoxdur. Vəziyyəti əvvəlki kimidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR