Yayda meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO

Yayda meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib  - FOTO  - VİDEO
# 29 iyun 2022 13:24 (UTC +04:00)

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən Hirkan Milli Parkında açıq hava şəraitində “Yay mövsümündə meşələrdə yanğın təhlükəsizliyi” mövzusunda birgə maarifləndirmə tədbiri keçirilib.

APA-nın cənub bürosu xəbər verir ki, meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə keçirilən tədbirdə cənub regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və təsərrüfat sahibləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər tərəfindən meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı rejimin təyin edilməsinin, meşə ərazilərində baş verə biləcək yanğınların qarşısını almaq məqsədilə xəbardaredici lövhələrin quraşdırılmasının vacibliyini vurğulayıb.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynov, Dövlət Yanğin Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov çıxışlarında meşələrdə baş verə bilən yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, meşə təsərrüfatının işçiləri tərəfindən yanğınsöndürmə texnikalarından və ilkin yanğınsöndürmə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi, təbii və süni su mənbələrinin, keçidlərin yerlərinin dəqiqləşdirilməsinin, meşə sahələri ilə həmsərhəd olan taxıl sahələri, avtomobil və dəmir yolları, eləcə də kommunikasiya xətləri arasında mineral zolaqların yaradılması ilə eni 4 metrdən az olmamaqla şumlanmasının, həmçinin meşə ətrafıı kəndlərdə yaşayan vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinin vacibliyini bildiriblər.

Daha sonra Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Vüqar Mirzəyev çıxış edib və mövzunun aktuallığını diqqətə çatdıraraq bildirib ki, meşə və meşəətrafı ərazilərdə xüsusilə yay mövsümündə vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidirlər və bunun üçün hər bir vətəndaş məsuliyyət daşıyır.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR