Yeniyetmələr arasında abortların sayı azalıb

Yeniyetmələr arasında abortların sayı azalıb
# 28 sentyabr 2022 13:54 (UTC +04:00)

Ötən il Azərbaycanda 46877 abort qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib.

Bildirilib ki, abort etdirən qadınlardan 24420-ü 15-29 yaşda olan qadınlardır.

Yeniyetmələr arasında abortların sayı bir neçə dəfə azalıb. Belə ki, ötən il 15-17 yaşda abort olunanların sayı 16 olub. 2010-cu ildə bu rəqəm 158 olmuşdu.

Ötən il 18-19 yaşda abortların sayı 2412, 20-24 yaşda 8478, 25-29 yaşda isə 13514 olub.

Qeyd edək ki, 2010-cu ildə 15-29 yaşda abortların sayı 26 801 təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR