Yetkinlik yaşına çatmayan şəxslə zorla cinsi əlaqədə olmaya görə cəzalar sərtləşdirilib

Yetkinlik yaşına çatmayan şəxslə zorla cinsi əlaqədə olmaya görə cəzalar sərtləşdirilib
# 01 fevral 2023 17:36 (UTC +04:00)

Yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə cəzalar sərtləşdirilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər bu əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. Qanuna əsasən, artıq bu halda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək cəzası da tətbiq olunacaq. Başqa sözlə, yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

İndiyə qədər əgər bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdısa, qanuna əsasən, bu əməl üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxs hesab olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR