Yevlaxda gənc xilasedici və yanğınsöndürən yarışlarının zona birinciliyi keçirilib - FOTO

Yevlaxda gənc xilasedici və yanğınsöndürən yarışlarının zona birinciliyi keçirilib - FOTO
# 18 may 2022 14:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

APA-nin yerli bürosunun məlumatına görə, FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin Aran Regional Mərkəzinin həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub. Dövlət Himni səsləndirildikdən sonra tədbirin açılışında Aran Regional Mərkəzinin rəis müavini, mayor Ruhan Nəsibov, Yevlax rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhruz Məmmədov, Yevlax şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Ümidvar Mamedov və digərləri çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbi I yeri, Ucar rayon Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbi II yeri, Xocalı rayon 4 saylı tam orta məktəbi isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunub.

Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR