Yol polisi Qubada reyd keçirib

Yol polisi Qubada reyd keçirib
  • Clock-gray 10:22
  • calendar-gray 23 Avqust 2019

“Təmiz hava” aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, növbəti belə tədbir Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə Quba rayonu ərazisində təşkil olunub. Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.

Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date