Yolda sürət həddini aşmağa görə cərimə artırılır

Yolda sürət həddini aşmağa görə cərimə artırılır
# 05 iyun 2023 19:56 (UTC +04:00)

Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə cərimələr artırılır.

APA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan qanuna görə, bu xətanın cəriməsi 250 manat məbləğindədir.

Həmçinin, layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələrin 150 manatdan 200 manata qaldırılması təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR