COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 14 gün sonra veriləcək.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması qaydası”nda əksini tapıb.
Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz olacaq.
Qeyd edək ki, COVID Sertifikatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən formalaşdırılan, ölkə daxilində istifadə və xarici ölkələrə səfər etmək üçün nəzərdə tutulmuş və COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiqləyən, sahibinin fərdi, o cümlədən COVID-19 xəstəliyi ilə bağlı sağlamlığının vəziyyəti barədə məlumatları özündə cəmləşdirən, elektron və ya kağız daşıyıcı üzərində olan sənəddir.
Şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması vasitəsilə sertifikatın əldə olunması üçün müraciət etməsi lazımdır.
Yoluxaraq sağalmış şəxslərə COVID sertifikatının hansı qaydada veriləcəyi açıqlanıb
30 noyabr 2021 00:09 (UTC +04:00)
Sosial
DİM: Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər maksimal bal toplayıb
20:26
19 aprel 2024
Martın 17-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
20:23
19 aprel 2024
Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib
16:50
19 aprel 2024
Türkiyə ilə əməyin təhlükəsizliyi və gigiyenası sahəsində təcrübə mübadiləsi aparılır
16:19
19 aprel 2024