"Yüksəliş" müsabiqəsinin finalına 116 nəfər keçib

Fərhad Hacıyev

© APA | Fərhad Hacıyev

# 15 iyul 2022 16:44 (UTC +04:00)

“Yüksəliş” müsabiqəsinin finalına 116 nəfər keçib. Onlardan 80 faizi paytaxtın, 20 faizi regionların payına düşür.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib.

O bildirib ki, finalçıların 17-si xanımlardır: “Finala keçənlərdən təxminən 60 faizi (66 nəfər) özəl, 40 faiz dövlət sektorunun nümayəndələridir. Finalda 20 nəfərin qalib olması nəzərdə tutulur. Finalda maraqlı yenilik də tətbiq edilib. Hər bir iştirakçının psixoloji portreti də hazırlanacaq və müsabiqə çərçivəsində onun özünə təqdim ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR