"Yüksəliş"in qalibi Təhsil Nazirliyində vəzifəyə təyin olunub

"Yüksəliş"in qalibi Təhsil Nazirliyində vəzifəyə təyin olunub
# 19 iyul 2022 11:43 (UTC +04:00)

Birinci "Yüksəliş" müsabiqəsinin qalibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Turxan Süleyman Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin olunub.

APA xəbər verir ki, bu barədə "Yüksəliş"dən xəbər verilib.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində təhsil naziri Emin Əmrullayev müsabiqənin qalibi Turxan Süleymanın mentorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR