"Yüksəliş"in qalibləri xaricdə təhsillə bağlı müsahibədən azad olunacaqlar

"Yüksəliş"in qalibləri xaricdə təhsillə bağlı müsahibədən azad olunacaqlar
# 03 iyun 2022 16:32 (UTC +04:00)

““Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda 80% magistraturaya yönələcəyinə görə magistraturada seçim şərti daha asandır”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov bildirib. Onun sözlərinə görə, dil sertifikatı həm bakalavriatda, həm də magistraturada əsas tələbdir:

“Xaricdə təhsil alacaq şəxs CB səviyyəsi üzrə hansı dildə təhsil alacaqsa, həmin biliyə sahib olmalıdır. İngilis dilində 6,5 bal minimum tələbdir. Magistraturada universiteti əsas necə bitirəcəyi, yəni 80+ ortalama ballarını qəbul edə bilirik. Magistraturada yeganə əsas iki tələb var. Məqsəd burada müraciətin tələblərini asan qoymaqdır. Çünki magistratura pilləsi üçün daha çox yer ayrılıb. "Yüksəliş" müsabiqəsinin qalibi olan bakalvr ve magistr üzrə müraciət edən namizədlər də müsahibə mərhələsindən azad olunacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR