Yuri Kireev: "Ermənilər Ağdamda hər yeri dağıdıblar"

Yuri Kireev

© APA | Yuri Kireev

# 28 aprel 2022 16:27 (UTC +04:00)

“Mən başa düşə bilmirəm, ermənilər nə üçün hər yeri dağıdıblar? Azərbaycanlıları öz torpaqlarından çıxarıblar, özləri isə dağıtmaqdan başqa heç nə etməyiblər”.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi döyüşçülərin işləri üzrə komitə sədrinin müşaviri, Rusiyadan olan nümayəndə Yuri Kireev Ağdama səfəri zamanı deyib. O, azad olunan torpaqlarda tezliklə hər şeyin bərpa olunacağına inandığını bildirib: "Əsas məsələ budur ki, bu müqəddəs torpaqlar artıq azaddır və tezliklə hər şey bərpa olunacaq. Mənim azərbaycanlılardan da, ermənilərdən də çoxlu dostlarım var. Ancaq deyə bilərəm ki, işğal zamanı bu torpaqlarda edilənlər haqsızlıqdır, düzgün deyil”.

Qeyd edək ki, MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitənin Koordinasiya Şurasının üzvləri bu gün Ağdam şəhərinə səfər edib. Nümayəndə heyəti Qarabağ xanlarının "İmarət" kompleksində olub. Səfər iştirakçıları daha sonra ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqlarına baxıb, şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR